TamKart MasterCard Standard PayPass - Debet

TamKart MasterCard Debet

5 illik kart xidmətinin qiyməti
0

İmkanlar

Tariflər

İmkanlar

Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır.1

Hər ödənişdə 1% keşbek.2

Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (debet üzü)3

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.4

Ödəniş kartının valyutasına uyğun olaraq 500 AZN/USD/EUR mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir.5

QayğıCash klubuna üzvlük.

Digər bank kartlarından 1000 AZN- dək mədaxil pulsuzdur.6

1Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin həmin kartda açılması nəzərdə tutulmuşdur. 

2 a) TamKart Debet kartlarının kredit hissəsi ilə birdəfəlik ödəniş zamanı: -ABB-nin POS-terminalları və elektron ticarət sistemi - 2%, -Digər bankların POS-terminalları və elektron ticarət sistemi - 1%; TamKart Debet kartlarının debet hissəsi ilə ödəniş zamanı - 1%. b) Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı keşbek hesablanmır.

3 Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.

4Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. 

5Fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd olmaqla

6Mədaxil məbləği 1000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR).

Tariflər

Müddət 5 ilədək
Eyni kartla ay ərzində qazanılan maksimal keşbək məbləği 300 AZN
SMS xəbərdarlıq Pulsuz
ABB Mobile
YÜKLƏ