Nağdsız ödənişlər zamanı ballar qazanın, onları şəbəkədaxili dəqiqələrə və ya internet paketlərə dəyişin
“Azercell Co-Brand” kartı ilə edilmiş nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, toplanmış balları internet paketlərə və ya şəbəkədaxili danışıq dəqiqələrinə dəyişə bilərsiniz.
Kartı tez-tez dəyişməyəcəksiniz. 4 illik xidmət müddəti olan kartı həm AZN, həm də USD və EUR valyutasında pulsuz əldə edəcəksiniz.
“QayğıCash” proqramı üzrə Bankın tərəfdaşı olan ticarət və xidmət məkanlarında xərclədiyiniz vəsaitin 20%-ə qədər hissəsi kart hesabınıza qayıdacaq.
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur).
SMS xəbərdarlıq xidmətinə pulsuz qoşulacaqsınız. Kart əməliyyatlarınız barədə məlumatlar mobil telefonunuza gələcək.
Kartınızla POS-Terminallarda və ya ABB mobile ilə müxtəlif əməliyyatlar üzrə ödənişlər edin. Ödənişlərinizdən Fayda-lar toplayın. Topladığınız Fayda-ları müxtəlif hədiyyələrə dəyişin.
ABB və Azercell Telekom öz müştəriləri üçün yeni müştərək brendləşdirilmiş “Azercell Co-Brand” kartını təqdim edir. “Azercell Co-Brand” kart sahibləri nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, onları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilər.
Bütün dünyada həm ATM-lərdə, həm də ticarət-xidmət nöqtələrində istifadə edilir
* Kommunal ödənişlər, mobil operator ödənişləri, dövlət ödənişləri, kredit ödənişləri, KartTransfer, Unique Cash, Quasi Cash, sığorta, broker ödənişləri, ianələr, reklam ödənişləri zamanı ballar hesablanmır.
** Azercell bonusların istifadə müddəti – 24 aydır.
İstədiyiniz danışıq dəqiqələri və ya internet paketini seçərək açar sözünü 2937-ə göndərin. “Azercell Co-Brand” kartı üzrə toplanmış balları öyrənmək üçün “Balans” açar sözünü 2937-ə göndərin.