Nağdsız ödənişlər zamanı ballar qazanın, onları şəbəkədaxili dəqiqələrə və ya internet paketlərə dəyişin
“Azercell Co-Brand” kartı ilə edilmiş nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, toplanmış balları internet paketlərə və ya şəbəkədaxili danışıq dəqiqələrinə dəyişə bilərsiniz.
Kartı tez-tez dəyişməyəcəksiniz. 4 illik xidmət müddəti olan kartı həm AZN, həm də USD və EUR valyutasında pulsuz əldə edəcəksiniz.
“QayğıCash” proqramı üzrə Bankın tərəfdaşı olan ticarət və xidmət məkanlarında xərclədiyiniz vəsaitin 20%-ə qədər hissəsi kart hesabınıza qayıdacaq.
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur).
Kart əməliyyatlarınız barədə məlumatlar mobil telefonunuza gələcək.
ABB və Azercell Telekom öz müştəriləri üçün yeni müştərək brendləşdirilmiş “Azercell Co-Brand” kartını təqdim edir. “Azercell Co-Brand” kart sahibləri nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, onları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilər.
Bütün dünyada həm ATM-lərdə, həm də ticarət-xidmət nöqtələrində istifadə edilir
* Kommunal ödənişlər, mobil operator ödənişləri, dövlət ödənişləri, kredit ödənişləri, KartTransfer, Unique Cash, Quasi Cash, sığorta, broker ödənişləri, ianələr, reklam ödənişləri və aşağıda qeyd olunmuş MCC-lər üzrə ödənişlər zamanı ballar hesablanmır:
6012, 6051, 4814, 4816, 4900, 9399, 9311, 6050, 4829, 9211, 1100, 6534, 9222, 6211, 6300, 6538, 8999, 7311, 7392, 6513, 8398, 5960, 4812, 7311, 7995
** Azercell bonusların istifadə müddəti – 24 aydır.
İstədiyiniz danışıq dəqiqələri və ya internet paketini seçərək açar sözünü 2937-ə göndərin. “Azercell Co-Brand” kartı üzrə toplanmış balları öyrənmək üçün “Balans” açar sözünü 2937-ə göndərin.