Xəbər

ABB-nin dəstəyi ilə Azərbaycanın uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə ikinci dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası yarımfinala yüksələrək Türkiyə komandası ilə 1:1 hesabı ilə oyunu bitirib və penaltı mərhələsindən sonra turnirdə 26 komanda arasında 4-cü yeri tutub. Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2024-cü ilin iyununda bu proqram ölkəmizdə də ikinci dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb. “Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2025-ci ilin 23-27 iyun tarixlərində Bakıda ABB-nin baş sponsorluğu ilə yenidən təşkili nəzərdə tutulur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də nağd kreditə 6%-dək endirim!

ABB Yeni il münasibətilə nağd pul kreditlərində xüsusi kampaniyaya start verib. Bu kampaniya ABB-dən kredit alarkən müştərilərə illik faiz dərəcəsində 6%-dək endirim qazandıracaq. Belə ki, ABB-dən kredit əldə edərək digər bank kreditlərini bağlayan müştərilər faiz dərəcəsinə 4%-dək endirim əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsinə əlavə 2%-dək endirim ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər bir müştəri bu sərfəli fürsətdən yararlana bilər. Üstəlik, rəqəmsal kanallardan 31 dekabra qədər krediti komissiyasız əldə edə bilərsiniz. Kredit müraciəti və məbləğin əldə olunması prosesi tamamilə onlayn həyata keçirilir. Kreditin şərtləri: Məbləğ – 50 000 manatadək Müddət – 60 ayadək Minimal illik faiz dərəcəsi – 10.9% Zaminsiz Komissiyasız Kampaniya 18 dekabr 2025-ci ildən – 31 yanvar 2026-cı ilədək keçərlidir. Güzəştli şərtlərlə 50 000 AZN-dək nağd pul kreditini bank filiallarına getmədən, tam onlayn olaraq ABB mobile tətbiqindən və ya nagdkredit.az saytından sifariş etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət

ABB bizneslər üçün yeni “Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib. “Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan “Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır. Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər: Bank hesablarının açılması; *Digər bankdaxili köçürmələr; *Ölkədaxili köçürmə; *Respublikadan kənara köçürmə; *Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya valyuta); Hesaba nağd vəsaitin qəbulu bankın kassaları vasitəsilə (AZN və ya valyuta); Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya valyuta); *Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya valyuta); *Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya valyuta); *Əmək haqqı vəsaitinin əmək haqqı kartlarına köçürülməsi; Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları; Hesab üzrə çıxarışların verilməsi; İnternetBank xidmətinə qoşulma; İnternetBank parol kalkulyator (açarlarının) əldə edilməsi (açarların sayı bir və ya iki olduqda) Korporativ və ya biznes kartının verilməsi. *Müştərinin yaratdığı "Çevik" xidmət paketi limitləri daxilində. Üstəlik, “Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 6-cı dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. “EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2024-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2025-ci ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. “EY İlin İş adamı” müsabiqəsi Azərbaycanda artıq 6-cı ildir ki, keçirilir və ABB 6-cı ildir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son 5 il ərzində müsabiqədə iştirak etmiş 60 sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib. Müsabiqəyə buradan müraciət etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 200 000 000 dollarlıq sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən uğurlu bir anlaşma əldə edib. 21 aprel 2025-ci il tarixində Bank Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreqbank-ın ofisində 200 000 000 ABŞ dolları dəyərində sindikativ kredit müqaviləsi imzalayıb. Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır. İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”. ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!