Xəbər

“İlin bankı” ABB oldu!

Qlobal maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2025-ci ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” mükafatını ABB qazanıb. Londonda keçirilən təntənəli mərasimdə mükafat ABB-yə təqdim olunub. “The Banker” jurnalı 2021-ci ildən bəri ardıcıl olaraq 5 ildir ki, Azərbaycan üzrə “İlin bankı” məhz ABB-ni seçir. Bank bu mükafatı ümumi fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatlarının effektivliyinə, aktivlərinin keyfiyyətinə, dayanıqlı maliyyə mövqeyinə, risk menecmenti standartlarına, likvidliyinə, rəqəmsal bankçılıqdan yüksək istifadə səviyyəsinə görə qazanıb. 2025-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit Bank, HSBC, VakıfBank və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür. “The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən daha 3 hesabat!

ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarət sektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı daha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Əmək bazarı ilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrə Azərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərin yerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhlil edilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğul əhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir, fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrə təsnifatlar aparılır, Azərbaycandakı əmək vazarının digər ölkələrlə müqayisəsi verilir. Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bu mövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlak bazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi, onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlak qiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrə analiz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsas göstəriciləri təqdim olunur. Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlı ABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtın daşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib. Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib. İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb. ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB sərfəli depozit kampaniyasına başladı!

ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri belədir: 12 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri: Aylıq ödənildikdə: 10.5% Müddətin sonunda ödənildikdə: 11.5% 18 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri: Aylıq ödənildikdə: 11% Müddətin sonunda ödənildikdə: 12% Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək. Sərfəli şərtlərlə əmanətlərinizi artırmaq fürsətini vaxtında dəyərləndirin. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB səhmdarlarına dividendlərin ödənilməsi barədə elan

ABB Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 7 may 2026-cı il tarixinə təyin edilmiş qərarından asılı olaraq, ABB-nin 2025-ci maliyyə ili üzrə xalis mənfəətindən səhmdarlara dividendin ödənilməsi nəzərdə tutulur. Bununla bağlı müsbət qərar qəbul edilərsə, dividend məbləği, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın bank hesabına köçürüləcəkdir. Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM tərəfindən formalaşdırılmış 06 may 2026-cı il, saat 18:00 tarixli müvafiq reyestrə əsasən müəyyənləşdiriləcəklər. Beləliklə, ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, SÜY-ün keçiriləcəyi tarixdən 2 iş günü əvvəl (5 may 2026-cı il tarixində) alınmış səhmlər üzrə dividend ödəniləcəkdir.

Xəbər

ABB Qarabağ Universitetinin 45 tələbəsinə təqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 45 tələbəsinə illik təqaüd verəcək. Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq. Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub. Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib. Bu araşdırma 2025-ci ilin 1-ci rübü üzrə paytaxtın əmlak bazarındakı vəziyyəti əks etdirir. Son dövrlər daşınmaz əmlakın alqı-satqısında azalmalar müşahidə olunur. Bu da əmlak bazarında müəyyən durğunluq yaradıb. Bu vəziyyət daha çox mənzil və torpaq sahələrinə aiddir. Fərdi yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısında artım özünü göstərir. Mənzillərin qiymətlərində davamlı artım da əmlak bazarındakı əsas tendensiyalardandır. İcarə bazarında qiymətlər də davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada daşınmaz əmlak bazarındakı dəyişikliklərə təsir göstərən digər mühüm səbəbləri də izləmək mümkündür. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

ABB 8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsini Bank öz hesabına YAŞAT Fonduna ianə edəcək. Beləliklə, müştərilər həm özləri keşbek qazanacaqlar, həm də YAŞAT Fonduna ianələrin edilməsinə dəstək olacaqlar. Müştərilər ABB mobile tətbiqindəki “Paket seçimi” bölməsində “Zəfər paketi”ni aktivləşdirərək bu kampaniyaya qoşula bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!

Sahibkarların etibarlı tərəfdaşı olan ABB fərdi sahibkarlar üçün stimullaşdırıcı tirajlı lotereya kampaniyası elan edib. Sahibkarlar 18.08.2026-cı il tarixinə qədər ABB Biz tətbiqi vasitəsilə həyata keçirdikləri əməliyyatlardan şanslar qazanıb lotereyaya qoşula bilərlər. Tətbiqdə hər yeni qeydiyyatdan keçmiş sahibkar 1 şans qazanır. Bundan başqa, minimum 100 manatlıq uğurlu ödəniş və ya köçürmə əməliyyatının hər biri, hər debet kart sifarişi, QR ödəniş qəbulu, mobil POS sifarişi, kredit müraciəti, vergi ödənişi müəyyən maksimum limitlər çərçivəsində 1 şans qazandırır. Lotereya qaliblərinə təqdim olunacaq hədiyyələr: “Toyota Corolla Cross Hybrid” avtomobili (2025 model) – 1 ədəd “Apple iPhone 17 Pro 256GB” mobil telefonu – 3 ədəd “Apple AirPods 4” qulaqlığı – 3 ədəd “Apple Watch 10 42MM” ağıllı saatı – 3 ədəd Lotereyada iştirak imkanı qazanmaq üçün istifadəçi ABB Biz tətbiqində “Aktiv et” seçimini etməlidir. Qaliblər təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Kampaniya barədə ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!