Xəbər

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Sentyabrın 29-da Almaniyanın Frankfurt şəhərində SIBOS 2025 beynəlxalq konfransı başlanıb. Builki konfrans “Qlobal maliyyənin yeni sərhədləri” mövzusuna həsr edilib. Beynəlxalq maliyyə dünyasının ən böyük və mühüm kommunikasiya platformalarından olan tədbirdə ABB də öz stendi ilə təmsil olunur. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbir müddətində iştirakçılara ABB-nin fəaliyyəti haqqında məlumat verəcək, bir sıra mühüm görüşlər keçiriləcək, əməkdaşlıq perspektivləri müzakirə olunacaq. ABB nümayəndə heyətinin Citibank, The Bank of New York Mellon, JP Morgan, Commerzbank, Raiffeisen Bank, Zürcher Kantonalbank, Intesa Sanpaolo Bank, ABN AMRO Bank, Türkiye İş Bankası, AktivBank, Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui Banking Corporation və digər maliyyə qurumlarının təmsilçiləri ilə görüşləri planlaşdırılıb. ABB nümayəndələri maliyyə texnologiyaları, süni intellekt, data, maliyyə inklüzivliyi və s. ilə bağlı müxtəlif tədbirlərdə də iştirak edərək ölkə bankçılığında tətbiq etmək üçün yeni, faydalı təcrübələrlə tanış olacaqlar. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “SIBOS beynəlxalq konfransı dünyanın ən böyük bankları ilə ən böyük texnologiya şirkətlərini bir araya gətirən maraqlı platformadır. ABB olaraq bu il burada iştirakımız bizə yeni imkanlar açacaq. Texnoloji inkişaf trendlərini daha yaxından təqib etmək, beynəlxalq tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçün yaxşı fürsətlərimiz olacaq. Bir sözlə, SIBOS 2025 bizim üçün yeni fürsətlər, yeni imkanlardır”. Ənənəvi SIBOS konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Tədbir hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirir, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradır, işgüzar əlaqələrin qurulmasına kömək göstərir. SIBOS 2025 oktyabrın 2-dək davam edəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

Bu gün Bakıda kişi milli minifutbol komandaları arasında dünya çempionatı - “2025 WMF Dünya Kuboku” start götürür. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə dəstək verən ABB də dünya çempionatının tərəfdaşlarındandır. Çempionatın bütün oyunları paytaxtımızdakı Milli Gimnastika Arenasında baş tutacaq. Çempionatda 8 qrup üzrə 32 komanda yarışacaq. Dünya çempionatı 1 iyuna qədər davam edəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

“ABB 2025-ci ilin 9 ayını 261 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətimizdə 12%-ə yaxın artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Bankın maliyyə nəticələri ABB səhmdarlarına bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir”. Bunu mediaya açıqlamasında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib. Onun sözlərinə görə mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır. Əgər bu proqnoz özünü doğruldarsa, ABB səhmdarları növbəti ildə də rekord məbləğdə dividend gəliri əldə etmiş olacaqlar. Nəbi Əliyev bildirib ki, il başa çatdıqdan və ABB-nin 2025-ci il üzrə maliyyə hesabatına kənar auditor rəyindən sonra, Bank menecmenti Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcək. Baş maliyyə inzibatçısının fikrincə, Bankın gəlirliliyindəki pozitiv dinamika səhmlərin qiymətinə də təsir göstərəcək və ABB səhmlərinin bahalaşacağı gözləniləndir. Ötən 1 il ərzində ölkənin kapital bazarında 14 milyon manatdan çox məbləğdə ABB səhmi ticarət edilib. Xatırladaq ki, son 7 ildə səhmdarlarına ardıcıl olaraq dividendlər ödəyən ABB 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 000 000 manat məbləğində dividend ödənişi edib. Beləliklə, Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə təxminən 16%-ə yüksəlib.

Xəbər

ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2024-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək. Onun sözlərinə görə, bu, son 7 ildə səhmdarlarına ardıcıl şəkildə yüksək dividendlər ödəyən ABB-nin ayırdığı rekord dividend məbləğidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6%-ə yüksəlib. Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Bankın nizamnamə kapitalının strukturunda dövlətin iştirak payı 92.18%-dir. Bu bölgüyə uyğun olaraq dividendin 184 000 000 manatı dövlət büdcəsinə, 16 000 000 manatı isə digər səhmdarlara ödəniləcək. “Qürur duyuruq ki, 30 mindən çox vətəndaşımızla gəlirlərimizi bölüşəcəyik. Həmçinin bu ilin dividend ödənişini də nəzərə alsaq, son illər ərzində ABB-nin dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq” – Abbas İbrahimov bildirib. İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2024-cü il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, həyata keçirdiyi strateji inkişaf layihələri haqqında ətraflı məlumat verib. Mətbuat konfransında ABB-nin 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

31 avqust – 5 sentyabr 2025-ci ildə Azərbaycanda 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçiriləcək. Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən ABB də Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu mühüm qlobal tədbirin tərəfdaşıdır. Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər. Xatırladaq ki, Azərbaycandan olan tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilmiş Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalında Azərbaycanı ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək. ABB belə mühüm layihələrə tərəfdaşlıq etməklə ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, gənc nəslin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2025-ci ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.Onun sözlərinə görə, bununla ABB ardıcıl 8-ci il səhmdarlarına yüksək dividendlər ödəmiş olacaq. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanacaqlar. Səhmdarların pay bölgüsünə uyğun olaraq 200 000 000 manatlıq dividendin 184 000 000 manatı dövlətə, 16 000 000 manatı isə ABB-nin digər səhmdarlarına ödənəcək. Abbas İbrahimov ABB-nin 2026-2028-ci illər üzrə yeni strateji inkişaf hədəfləri haqqında da məlumat verib: “Hədəf seqmentlər üzrə bazar liderliyi, yeni sahələrə doğru genişlənmə, inteqrasiya olunmuş müştəriyönümlülük, ölkə üzrə istedad liderliyi yeni strategiyamızın başlıca hədəfləridir. Süni intellekt əsaslı innovasiyalar isə bu hədəflərə doğru irəlilədiyimiz yolda əsas aparıcı qüvvəmiz olacaq”. İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2025-ci il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, maliyyə göstəriciləri, həyata keçirdiyi inkişaf layihələri, süni intellekt həlləri haqqında ətraflı məlumat verib.Mətbuat konfransında ABB-nin 2025-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Ən çox bankçılıq mükafatını ABB qazandı!

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”. Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda bankçılıq mükafatıdır.2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının 90%-nin kağızsızlaşdırılmasına nail olub. ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni funksionallıqlarla daha da inkişaf etdirib. İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün geniş kampaniyalar həyata keçirib. Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib. Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib. ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB səhmləri üzrə dividendlərin ödənilməsi ilə bağlı elan

ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2024-cü maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dividendlərin ödənilməsi ABB Səhmdarlarının 7 may 2025-ci il tarixinə nəzərdə tutulmuş Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən həyata keçiriləcək. Dividendlərin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən verilən qərar “bir səhm – bir səs” prinsipi nəzərə alınmaqla keçirilmiş səsvermə əsasında qəbul ediləcək. Yığıncaqda səs çoxluğu ilə dividendlərin ödənilməsi barədə qərar qəbul edildikdə, dividendlərin ödənilməsi, qərarın qəbul edilmə tarixindən etibarən ən geci 30 (otuz) təqvim günü ərzində ABB-yə ödəniş agenti xidməti göstərən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdara nağdsız qaydada olmaqla onun bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividendləri almaq hüququ olan səhmdarlar Səhmdarların Ümumi Yığıncağının keçirildiyi tarixdən bir iş günü əvvələ təsadüf edən iş günü, saat 18:00-da MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrinə əsasən müəyyən ediləcəklər. ABB səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyi və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən növbəti iş günü başa çatdığını nəzərə alaraq, Səhmdarların Ümumi Yığıncağının tarixindən 2 iş günü (5 may 2025-ci il) əvvəl alınmış səhmlər üzrə dividend ödəniləcək. Səhmdarların Ümumi Yığıncağı tarixindən 1 iş günü əvvəl (6 may 2025-ci il) səhmləri əldə etmiş şəxslər MDM tərəfindən formalaşdırılmış səhmdarların reyestrində öz əksini tapmayacaqlar və qeyd edilən səbəbdən bu səhmlər üzrə dividend ödənişi həyata keçirilməyəcək.

Xəbər

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

ABB özünün törəmə müəssisəsi olan “ABB İnvest” şirkəti vasitəsilə daha bir investisiya fürsətini ABB mobile tətbiqi üzərindən əlçatan edib. Artıq SOCAR-ın “Yaşıl” istiqrazlarını da ABB mobile tətbiqi vasitəsilə, heç yana getmədən, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə toxunuşla və komissiyasız əldə etmək olar. SOCAR-ın "Yaşıl” istiqrazlarının buraxılışına 15 yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir. İnvestorlar bu tarixə qədər ABB mobile vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər. “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

"ABB" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında onlayn qaydada iştirak edin

Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 07.05.2026-cı il tarixində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi; 2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması;4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması;5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar vəsəsvermə bülleteni 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az). Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-ninİdarə Heyəti

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!